Günümüzdə kotedc liftlərinin müxtəlif istehsalçıları və fərqli model növləri var. Avadanlığın əsəs narahatlıq gətirən cəhəti isə, səsi, böyüklüyü və texniki dəstəyin çətinliyidir.
Səs-küyə gəlincə isə, müasir kotedc liftlərinin çıxardığı səs-küy o qədər də çox olmayıb, hətta bəzi məişət alətlərinin çıxardığı səsdən daha aşağıdır ki, bu da bir sıra istehsalçı tərəfindən aparılan kompleks həllərin sayəsində mümkün olmuşdur. Lift böyüklüyü və məbləğin yüksk olması da eyni zamanda artıq keçmişdə qalıb.
Lift texniki bölməsinin olmaması onun ölçüsünü əhəmiyyətli şəkildə azaldaraq həmçinin kompleksin çətinliyini də azaltmış olur ki, bu da onun çəkisinin azalmasına səbəb olur. Lakin bununla yanaşı kotedc liftləri hələ kotedcin layihələndirilməsi zamanı nəzərə alınmalıdır. Konstrusiya nə qədər sadə olursa, onun texniki xidməti də o qədər asan olur. Ofis və çoxevlibinalardan fərqli olaraq kotedclərdə qurulan liftlər eyni anda 1 və ya 2 nəfərin istifadəsi üçün nəzəzərdə tutulub ki, bunun da səbəbi lift şaxtasının və kabininin nisbətən daha kiçik olmasıdır. Lakin bir neçə üzvü olan ailələrə xidmət üçün nəzərdə tutulan liftlərdə bu problem yaratmır. Belə ki, eksplotasiya təcrübəsi göstərir ki, ədətən kotedc liftlərində sıra yaranmır.
Praktik funksiyanı yerinə yetirməklə yanaşı, lift daşınmaz əmlakın qiyməti qaldırmaqdadır ki, bu da memarlar üçün aktual olan məsələlərdəndir. Öz evində lift çox prestijli və bahalı avadanlıq kimi nəzərdə tutulur. Bununla yanaşı müştəri istəyinə uyğun olaraq şəhərkənarı evdə quraşdırılacaq qiyməti uyğun ola biləcək kotedc lifti də tapmaq mümkündür.