Sürətli liftlər

Meqapolislərdə və böyük şəhərlərin mərkəz hissələrində yaşayan insan sayının çoxluğu binaların mərtəbə sayının artmasına və bir neçə yüz metrlik binaların yaranmasına səbəb oldu.  Onların tikintisi texniki roqress sayəsində mümkün oldu, fəqət çoxmərtəbəlilik həndəvərində bir sıra problemlər də gətirdi. Bu səbəbdən xüsusi sürətli liftlər yarandı.

Lift kabinin qalxma sürətinin artması ilə yanaşı, hündürmərtəbəli binaların konstruksiya və istifadəsinin bu tip lift istehsalçıları qarşısında əlavə tələbər qoyur.  Lift kabininin sürətli hərəkəti ilk vaxtlar lift hərəkətə başlayan və dayanan zaman xoş olmayan hiss formasında əks təsirə malik idi. Müasir sürətli liftlər bu problemi tam olaraq aradan qaldırıb. Belə ki, onlar sürəti mərhələləi şəkildə qaldırıb eyni şəkildə də aşağı saldıqlarından lift istifadəçiləri heç bir narahatlıq keçirmirlər. Müasir sürət liftləri arasında bəzi modellər lift mexanika otağına ehtiyac olmadan yalnız lift şaxtasına ehtiyac duyaraq fəaliyyət göstərir.

Hətta lift kabinəsinin sürətli hərəkətini nəzərə alsaq belə bir çox hallarda sürət liftlərinin keçiricilik qabiliyyəti tələb olunan qədər olmur və bununla yanaşı artıq tikillən binalarda yeni lift şaxtaları yaratmaq da texniki səbəblərdən mümkünsüzdür. Lakin bununla yanaşı lift şaxtalarının keçiricilik qabiliyyəti qeyri adi həllə artırıla bilər. Belə ki, şaxtalardan birinə bir biri üzərində yerləşən və vahid avtomatika ilə işləyən 2 kabin qoymaq olar. Bununla yanaşı hər bir kabinin öz sürüyücüsü və tarazlıq mexanizmi ayrı olacaqdır. Sürətli liftin uyğun modelini demək olar ki, bütün növ hündürmərtəbəli binalarda yaradıla bilər, amma bu mexanizmlərin spesifikasıyla bağlı onların binanın layihələndirmə mərhələsində seçilməsi məqsədəuyğundur. 

Лицензия и сертификаты