Конвейер iwalk

iwalk - müştərilərimizin tələbatı və genişmiqyaslı araşdırmalar nəticəsində yaradılan innovativ sərnişin konveyeri. Ağır yüklərə hesablanmış daha geniş daxili yerə və eyni zamanda daha kompakt xarici görünüşə sahib konveyer sənayedə yeni standartlar yaradır.

Eskalatorların əsasında yaradılmış, sərnişin konveyerlər 100 ildn artıqdır ki mövcuddur. Bu gün onlar hava limanları, alış-veriş və sərgi mərkəzləri, metropoliten, dəmiryol stansiyaları və şəhər həyatının bir çox digər önəmli yerləşmələrinin fəaliyyətində mühüm rol oynayırlar. Təəssüf ki, sərnişin konveyerlərinin böyük ölçüləri səbəbiylə mövcud tikililərə quraşdırılması zamanı böyük çaplı tikinti - bərpa işləri həyata keçirilməlidir. Bəzi hallarda isə montaj sadəcə mümkün olmur.

Лицензия и сертификаты