İndi bütün tikililərdə, ticarət və əyləncə komplekslərində , hava limanlarında və ya keçidlərdə eskalatorlar və ya sərnişin konveyerləri quraşdırılıb . Bu yüksək texnoloji avadanlıq böyük insan kütləsini səmərəli şəkildə bir mərtəbədən digər mərtəbəyə daşıyır.
Eskalatorlar hal hazırda məhşur olan tikinti normalarına əsasən iqtisadi cəhətdən səmərəli, təhlükəsiz və etibarlı şəkildə hazırlanır. Bu xüsusiyyətlərdən başqa, eskalatorların və sərnişin konveyerlərinin dizaynı və funksionallığı tikilinin daxili quruluşu və dizaynı ilə uyğunlaşdırılır. və ya
Quraşdırılma mərhələsində eskalatorların iki əsas növü vardır – tunel və bir mərtəbədən digər mərtəbəyə olan eskalatorlar. Tunel eskalatorlar uzun tunellərdə - dərinliyi çox olan metro stansiyalarının giriş/çıxışlarında istifadə edilirlər. Mərtəbədən mərtəbəyə olan eskalatorlar isə kiçik metro stansiyalarında, binalarda və digər tikintilərdə quraşdırılır.
Əsas üstünlükləri:
- Lift və kabelli avtomobillərlə müqayisədə böyük yükgötürmə gücü.
- Dayanmış eskalatrodan pilləkən kimi istifadə etmək olur.
- Bu nəqliyyat növü dayanmadan işləyir, və sərnişinlər kabinin gəlməyinin gözləmək məcburiyyətində deyillər.